İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkətindən Rusiyadakı maye qaz layihələrinə AĞIR ZƏRBƏ

848 16.06.2022 12:06 İqtisadiyyat A A

Energetika və sənaye sahəsində çalışan, ABŞ-a məxsus “Baker Hughes” şirkəti Rusiyadakı maye qaz layihələrinə xidməti tam dayandırıb.

Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, ABŞ nəhəngi NOVATEK-lə işlədiyi “Yapal LNG”, “Arktik LNG-2” və “Qazprom”la işlədiyi “Saxalin-2” layihələrində çalışan xidmət mühəndislərini geri çağırıb. Şirkət həmçinin Rusiyadakı maye qaz layihələri üçün avadanlıq tədarükünü də dayandırıb.

Qəzetin mənbələri bildiriblər ki, bu addım layihələrdə çox mühüm rol oynayan avadanlıqları işəsalma sisteminin çalışması sual altına düşür, təmir üçün ehtiyat hissələrin çatdırılması ilə qeyri-mümkün olur.

“Arktik LNG-2” layihəsinin birinci mərhələsi üçün “Baker Hughes” 7 ədəd LM9000 turbini tədarük etməlydi. İndiyədək turbinləri yarıya qədəri çatdırılıb. Qalanı isə tədarük olunmayacaq. Layihə çərçivəsində maye qaz istehsalı sistemi Rusiyada analoqu istehsal olunmayan bu turbinlərə uyğun qurulduğuna görə ABŞ şirkətinin qərarı layihənin faktiki olaraq tamamilə dayanmasına gətirib çıxarır.

“Saxalin-2” layihəsində “Baker Hughes” 9 turbinə xidmət göstərirdi. Xidmətin dayanması tezliklə həmin turbinlərin fəaliyyətini dayandırması deməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR