İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar açıqladı: Peterburq Birjası çökdü

1223 02.11.2023 20:53 İqtisadiyyat A A

ABŞ Maliyyə Nazirliyi Rusiyanın müxtəlif strukturları və onlara bağlı xarici tərəfdaşlara yönəlik yeni sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, nazirliyin sanksiyalar sahəsində icraya cavabdeh olan Xarici Aktivlərə Nəzarət Ofisi - OFAC yeddi Rusiya bankını qara siyahıya daxil edbi: Poçt Bank, Absolut Bank, HCF Bank, Ümumrusiya Regional İnkişaf Bankı (RRDB), Rusiya Standart Bank, Blank Bank və Rusiya Regional Bankı.

Bundan əlavə, “AFK Sistema” və onunla əlaqəli bir struktur kimi Lüksemburqun “Şərq-Qərb Birləşmiş Bankı” da siyahıya daxil edilib. “AFK Sistema” “East-West United Bank”ın sahibidir, şirkət əvvəllər onu satmağı planlaşdırırdı.

Sanksiya siyahısına salınan strukturlardan biri də Sankt-Peterburq Birjasıdır. Nazirlik xarici səhmdarlara Sankt-Peterburq Birjasının qiymətli kağızlarından çıxmaq üçün 2024-cü il yanvarın 31-dək standart lisenziya verib.

Hazırda Sankt-Peterburq birjasında beynəlxalq şirkətlərin 2000-dən çox səhmi və depozitar qəbzi, həmçinin ETF (birja ticarət fondu) qiymətli kağızları ticarət olunur.

Sanksiya qərarı açıqlandıqdan sonra Birjada aksiyaların sürətli uculaşması başlayıb. Qısa müddətdə 25 faizə yaxın ucuzlaşma qeydə alındığına görə birjanın fəaliyyəti müvəqqəti dayandırılıb.

ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi siyahıya NOVATEK-in törəmə şirkəti, mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun tikintisi layihəsini həyata keçirən “Arctic LNG 2” MMC də salınıb. Əvvəllər sanksiyalar “Arctic LNG 2” podratçısı “Arctic Energies” MMC-yə qarşı tətbiq edilmişdi. Qərara əsasən Amerika mənşəli hüquqi şəxslərinə “Arctic LNG 2” ilə əməliyyatlar aparmaq qadağandır. Lakin OFAC lisenziyası bloklanmış hesaba ödəniş edilməsi şərti ilə 31 yanvar 2024-cü il tarixinədək sanksiya tətbiq edilən şirkətin kapital və borc öhdəliklərindən çıxmaq üçün zəruri olan əməliyyatlara icazə verir.

NOVATEK, “Arctic LNG 2”də 60 faiz paya sahibdir. Qalan səhmdarların - Fransanın TotalEnergies, Çinin CNPC və CNOOC şirkətləri, həmçinin Yaponiyanın Mitsui və JOGMEC konsorsiumları - hər birinin 10 faizi var.

ABŞ-ın sanksiya siyahısına “Qazpromneft Catalytic Systems” MMC (Omsk) və “Qazpromneft Elm və Texnologiya Mərkəzi” MMC (Sankt-Peterburq) da salınıb.

Rusiyanın dövlət katibi və energetika nazirinin müavini Anastasiya Bondarenko qara siyahıya salınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR