İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya üçün Ukraynada “hibrid tribunal” ideyasını dəstəkləyib

340 28.03.2023 16:58 Son xəbər A A

Vaşinqton Ukraynaya qarşı təcavüzə görə məsuliyyət daşıyanların təqib edilməsi üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qlobal cinayət ədliyyəsi üzrə səfiri Bet van Şaak deyib.

“Nürnberq Prinsipləri” adlı konfransda çıxışı edən amerikalı diplomatın fikrincə, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ən effektiv model Ukraynanın hüquq sisteminə əsaslanan, lakin bəzi beynəlxalq elementləri də özündə birləşdirən “hibrid tribunal” məhkəmənin qurulması olardı.

Van Şaakın sözlərinə görə, Ukrayna rəsmiləri həm bu hibrid modeli, həm də BMT-nin maliyyə dəstəyi ilə başqa müstəqil beynəlxalq institutların təsis olunmasını araşdırırlar.

Maraqlıdır ki, Kiyev bundan əvvəl “hibrid tribunal” layihəsini tənqid edirdi. Ukrayna hakimiyyətinin fikrincə, belə bir məhkəmə Kreml məmurlarının, o cümlədən Rusiya prezidenti Vladimir Putinin toxunulmazlığının götürülməsinə zəmanət verməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR