İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusunda ŞOK PLAN: Yarım əsr sonra ilk dəfə hərbçilərin edamı gözlənilir!

309 07.06.2026 11:53 Dünya A A

 ABŞ Silahlı Qüvvələri son 50 ildən artıq müddətdə ilk dəfə olaraq amerikalı hərbçilər barəsində çıxarılan ölüm hökmlərinin icrasına başlamaq üçün fəaliyyət planı hazırlayıb.

Musavat.com xəbər verir ki, "ABC News" telekanalının əldə etdiyi daxili hərbi sənədlərə görə, hazırda ABŞ ordusu "Qətiyyətli Ədalət" (Operation Resolute Justice) kod adlı xüsusi bir çərçivə planı üzərində işləyir.

Məlumata əsasən, bu plan ABŞ Prezidenti Donald Trampın müvafiq əmri imzalayacağı təqdirdə dərhal işə düşəcək. Ölüm növbəsində gözləyən dörd amerikalı hərbçi hazırda Kanzas ştatındakı Fort Livenvort hərbi həbsxanasında saxlanılır. Onların törətdikləri ağır qətl və zorlama cinayətlərinə görə ölüm cəzasına məhkum edildiyi bildirilir. Ağ Evin təsdiqi olacağı təqdirdə, həmin məhkumlar edamın icra edilməsi üçün İndiana ştatındakı xüsusi federal müəssisəyə köçürüləcək.

Hərbi ekspertlər qeyd edirlər ki, ABŞ-da hərbi məhkəmələr ölüm hökmü çıxarmaq səlahiyyətinə malik olsalar da, ölkə qanunvericiliyinə görə prezidentin şəxsi icazəsi olmadan heç bir hərbçi edam edilə bilməz. ABŞ ordusunda sonuncu belə edam hadisəsi uzaq 1961-ci ildə qeydə alınıb. Tramp administrasiyasının ölüm cəzalarının icrasını sürətləndirmək və güllələnmə manqaları daxil olmaqla sərt üsulları genişləndirmək siyasəti fonunda gündəmə gələn bu plan, ABŞ ordusunun yarım əsrlik fasilədən sonra hərbi edamları yenidən bərpa etməyə tam hazır olduğunu nümayiş etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR