İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub

808 06.01.2024 09:55 Dünya A A

“USS Dwight Eisenhower” gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Qırmızı dənizə daxil olub.

APA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz İnstitutu məlumat yayıb. İndi gəmi Yəmən sahillərində yerləşir.

Qrup müxtəlif təyinatlı 90-a qədər təyyarə daşımağa qadir olan təyyarədaşıyan gəminin özündən, həmçinin bir “Ticonderoga” sinfinə aid raket kreyseri və 5 “Arleigh Burke” sinfinə aid esminesdən ibarətdir. Bundan əlavə, gəminin Los Angeles sinifli hücum sualtı qayığı müşayiət edir.

Bundan əvvəl ABŞ-nin təyyarədaşıyan gəmisi Ədən körfəzində idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR