İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb

607 12.11.2023 04:01 Dünya A A

ABŞ-yə məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.

Bəyanatda qeyd edilib ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə təyyarə qəzaya uğrayıb.

“Əminliklə deyə bilərik ki, uçuş sırf təlim məqsədilə həyata keçirilib, heç bir düşmən fəaliyyəti əlaməti yoxdur”, – bəyanatda vurğulanıb.

Komandanlıq amerikalı hərbçilərin xəsarət alıb-almadığını və söhbətin hansı model təyyarədən getdiyini açıqlamayıb.

“Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb”, – komandanlıq diqqətə çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR