İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ neftin qiymətini bu il üçün "bağladı": 82.49 dollar...

489 09.01.2024 23:59 Dünya A A

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası(EIA) 2024-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir qədər azaldıb. Quruma görə, bu il Brentin orta qiyməti 1 barel üçün 82,49 dollar təşkil edəcək. Bu isə dekabrdakı 82,57 dollarlıq proqnozdan cüzi aşağıdır.

Agentlik həmçinin 2023-cü il üçün Brent neftinin orta qiymətinin təxminini təqdim edib - bir barel üçün 82,41 dollar. Bu, dekabrda verilən proqnozla demək olar ki, eynidir. Beləliklə, EIA 2024-cü ildə Brent markalı neftin bir barelinin qiymətinin cəmi 0,1 faiz artaraq, demək olar ki, ötən il səviyyəsində olacağını gözləyir.

Bununla yanaşı, qurum 2025-ci ildə neftin etalon növünün qiymətinin bir barel üçün 79,48 dollara qədər azalacağını gözləyir. Agentlik bunu gələn il hasilatın gözlənilən tələbdən artıq olacağı ilə əsaslandırır: "Bu, neft ehtiyatlarının daha sistemli şəkildə artırılmasına imkan verəcək ki, bu da qiymətlərə azaldıcı təzyiq göstərəcək".

Eyni zamanda nazirlik mümkün tədarükün pozulması ilə bağlı riskləri, məsələn, Yaxın Şərqdəki münaqişənin təsirini qeyd edir ki, bu da qiymətlərin qeyri-sabitliyinə gətirib çıxara bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR