Şimali Karolina ştatının Konkord şəhərində keçirilən bayram mərasimi zamanı altı nəfər güllələnib, onlardan üçü ağır vəziyyətdədir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, atışma ənənəvi Milad ağacının işıqlandırılması mərasimi zamanı başlayıb. Hücum musiqiçilərin səhnədə çıxış etdikləri zaman baş verib. Küçələrdə uşaqlı ailələr də daxil olmaqla yüzlərlə yerli sakin toplaşıbmış. Silah səslərini eşidən insanlar panikaya düşərək yaxınlıqdakı binalarda və kafelərdə gizlənməyə başlayıblar.
Polisin məlumatına görə, qurbanlardan üçünün vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə stabildir. Atıcı hadisə yerindən qaçıb və onun şəxsiyyəti və yeri müəyyən edilir. Hüquq-mühafizə orqanları istintaqı davam etdirir və şahidlərdən hər hansı faydalı məlumat istəyir.
Musavat.com






