İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Mərkəzi Asiyaya investisiya axınını artırmağa hazırdır – Rəsmi

447 14.03.2024 19:45 Dünya A A

ABŞ Mərkəzi Asiya üçün Rusiyaya qarşı sanksiyaların nəticələrinin yumşaldılması istiqamətində fəaliyyətini davam etdirəcək və regionla ticarətin həcmini, ora investisiya axınını artırmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Nikolas Berliner deyib.

Rusiyanın TASS agentliyi Amerika rəsmisindən Mərkəzi Asiya ölkələrinin Rusiyaya qarşı sanksiyalarına görə iqtisadi itkilərə məruz qalmasına münasibətdə ABŞ-ın atacağı addımları soruşub. Berliner bildirib ki, ölkəsi bu sanksiyaların nəticələrinin yumşaldılmasına və onlara riayət olunmasına kömək etmək üçün Mərkəzi Asiya ölkələri ilə işi davam etdirir. Berliner ABŞ-ın Mərkəzi Asiyaya investisiyalarının aşağı olması fikri ilə razılaşmayaraq ölkəsinin 2023-cü ildə Özbəkistan və Qazaxıstana təxminən bir milyard dollar sərmayə yatırdığını bildirib.

Qeyd edək ki, martın 13-15-də Almatıda Mərkəzi Asiya ölkələrinin və ABŞ-ın hökumət və biznes icmalarının nümayəndələrinin iştirakı ilə B5+1 forumu keçirilir.

Bundan əvvəl, 2023-cü ilin sentyabrında BMT Baş Assambleyasının 78-ci sessiyasında Mərkəzi Asiya və ABŞ (C5+1) dövlət başçılarının sammiti zamanı ABŞ prezidenti Co Bayden C5+1 çərçivəsində iqtisadi əməkdaşlıq sahəsində yeni biznes platformasının yaradılmasını elan etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR