İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Hindistan əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlayacaqlar

377 13.01.2024 16:15 Dünya A A

Hindistanla ABŞ ticarət və malların tədarükü sahələrində əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlamaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın sənaye və ticarət naziri Piyuş Qoyal və ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ketrin Tainin iştirakı ilə Yeni Delhidə keçirilən 14-cü Ticarət Siyasəti Forumunun yekunları üzrə Hindistan hökumətinin saytında məlumat verilib.

“Nazirlər, ABŞ və Hindistanın əməkdaşlığı genişləndirmək üçün perspektivli yol xəritəsi hazırlayacaqları faydalı qazıntılar, gömrük və ticarətin asanlaşdırılması, təchizat zəncirləri və yüksək texnologiyalı məhsulların ticarəti də daxil olmaqla müəyyən sahələrdə gələcək birgə təşəbbüslərin başlanması üçün zəmin yaratmağı öhdələrinə götürüblər”, - məlumatda qeyd edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR