İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Çin TikTok-a görə düşmən olur: "Bu, açıq soyğunçuluqdur..."

667 14.03.2024 13:13 Dünya A A

 

"ABŞ Konqresinin Çin sosial şəbəkəsi TikTok ilə bağlı hərəkətləri açıq-aşkar soyğunçuluq və ədalətli rəqabət prinsiplərinə riayət edilməməsi kimi qiymətləndirilməlidir".

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ-da şəbəkənin satılmayacağı təqdirdə ona mümkün qadağanı şərh edərkən deyib.
Çin diplomatının sözlərinə görə, Amerika tərəfi ədalətli rəqabət prinsiplərinə və beynəlxalq ticarət qaydalarına zidd hərəkət edir: “Başqalarında yaxşı şeylər gördüm, onu özümünkü etmək üçün bir yol tapacağam. Bu, tamamilə yırtıcı məntiqdir".

Vang Venbin, Birləşmiş Ştatların TikTok-un “milli təhlükəsizliyə təhdid yaratdığına dair heç vaxt sübuta sahib olmadığını" qeyd edib.

Xatırladaq ki, dünən ABŞ Nümayəndələr Palatası TikTok-a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər ByteDance əməliyyat şirkətinə bu sosial şəbəkəni satmaq üçün altı ay vaxt verməyi təklif edirlər. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək. Amerika prezidenti Co Bayden daha əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.

Amerika administrasiyasının nümayəndələri dəfələrlə bildiriblər ki, Çin sosial şəbəkəsi ABŞ üçün təhlükə yaradır, ona görə də onu aradan qaldırmaq lazımdır. Vaşinqtonun fikrincə, bu, Çin hakimiyyəti və kəşfiyyat xidmətləri üçün məlumat toplamaq üçün bir fürsətdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR