İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ konqresmenindən Azərbaycana qarşı TƏHQİRAMİZ HƏRƏKƏT

3337 10.08.2023 16:38 Son xəbər A A

ABŞ konqresmeni Bred Şerman David İşxanyanı rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan qondarma və oyuncaq qurumun “parlament sədri” vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə Bred Şermanın təbrik məktubunda deyilir.

“David İşxanyanın “parlament” sədri vəzifəsinə seçilməsini alqışlayıram. Mən rəhbərlik dəyişikliyini, ABŞ-ın “Artsax” və erməni xalqı ilə əlaqələrini daha da gücləndirilməsi uğrunda davam etdiriləcək işi səbirsizliklə gözləyirəm”, - deyə, o yazıb.

Göründüyü kimi, ABŞ konqresmeni Azərbaycanın ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik etməkdən çəkinmir və hətta bunu dilə gətirir.

David Şerman ABŞ Konqresinə Kaliforniya ştatında, Los Anceles şəhərindəki San Fernando dairəsindən (30-cu dairə) seçilib. Kaliforniyanın, demək olar, bütün Demokrat partiyalı üzvləri kimi o da Azərbaycan və Türkiyəyə qarşı qatı düşmən mövqeyi sərgiləyir.

Şerman, həmçinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin və Konqresin Erməni Məsələləri üzrə Komissiyasının üzvüdür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR