İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatı Rusiyanı Bakıya qarşı qaldırır - SENSASİON DETALLAR

2166 15.03.2024 10:33 Ölkə A A

İllik dəyərləndirmədə antiterror əməliyyatı ilə bağlı “Azərbaycana niyə mane olmadın” deyə Kremlə qınaq da edilir - bununla Moskvaya işarə vurulur ki... 

ABŞ Milli Kəşfiyyatı Direktorluq ofisi “İllik təhdidlərin dəyərləndirilməsi” adlı xüsusi hesabat yayımlayıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, hesabatda Azərbaycana xüsusi bölmə ayrılıb. Sənədin 15-ci səhifəsində Rusiyanın bölgədə təsir imkanlarının zəiflədiyi qeyd olunur. 

Hesabat müəllifləri buna nümunə olaraq “Rusiyanın 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi uğurlu hərbi əməliyyata mane ola bilməməsini” göstəriblər. Burada hətta Rusiyaya “Azərbaycana niyə mane olmadın” deyə qınaq da çəkilir. Hesabatın bir bölümü (26-27-ci səhifələr) Azərbaycan-Ermənistan münaqişəsinə həsr olunub. Burada Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgin qalacağı qeyd olunur. Hesabat müəllifləri Azərbaycanın Qarabağı geri qaytarması nəticəsində bölgədə qeyri-sabitliyin xeyli azaldığını və hərbi qarşıdurmanın müddəti və intensivliyinin məhdud ola biləcəyini etiraf edirlər.

“Bununla belə, ikitərəfli sülh müqaviləsinin yoxluğu, silahlı qüvvələrin bir-birinə yaxın yerləşməsi, atəşkəs rejiminin tətbiqi mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda məqsədlərinə çatmaq üçün hərbi təzyiqdən istifadə etmək istəkləri yerində qalacaq. Üstəlik, "Dağlıq Qarabağa" (Qarabağa - red.) nəzarətin etnik ermənilərdən azərbaycanlılara keçməsi və Azərbaycanın bu ölkəni Naxçıvanla birləşdirən quru dəhlizinə çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq", - deyə sənəddə qeyd olunur. Sənəddə 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun “DQR özünümüdafiə qüvvələrinin” (Qarabağda erməni terror qruplaşmalarının - red.) məğlubiyyətinə və DQR (qondarma - red.) hakimiyyətinin de-fakto təslim olmasına səbəb olan hərbi əməliyyat keçirdiyi xüsusi vurğulanıb. Hesabatı tərtib edənlərin fikrincə, bölgənin etnik erməni əhalisinin böyük hissəsinin sürətlə köçü və yerli separatçı “hökumətin” özünü buraxması Bakıya regionun Azərbaycanla inteqrasiyası planlarını həyata keçirməsinə və Qarabağ problemini ikitərəfli sülh gündəliyindən faktiki olaraq çıxarmasına imkan verib. 

Lakin hesabatda diqqətçəkici məqam Rusiyanın zəifləməsi və Qarabağda baş verənlərə görə Azərbaycana gücünün yetməməsi haqda iddialardır. Sanki hesabatda təhrikedici niyyət güdülür. Yəni Azərbaycan Qarabağda “boz zona”nı təmizlədi, illərlə separatizmi himayə etmiş ölkələrdən biri isə “tükünü də tərpədə” bilmədi, üstəlik, əməliyyatın nəticəsi sülhməramlı kontigentin regiondan çıxmasını şərtləndirdi. Bununla Moskvaya işarə vurulur ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyib. Bu hadisələri belə qiymətləndirmək olarmı? Doğrudanmı Rusiyanın antiterror tədbirlərini dayandırmaq istəyi olub, sadəcə, buna gücü çatmayıb? ABŞ Milli Kəşfiyyatı bizi Kremllə üz-göz etmək arzusundadır, yoxsa?

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli 

Bu mövzuda “Yeni Müsavat”a danışan professor Qabil Hüseynli hesab edir ki, hesabatda tutulan mövqe ləyaqətsiz və prinsipsiz yanaşmadır: “Azərbaycan dövləti öz torpaqları uğrunda mübarizə aparıb, separatçılar ərazilərimizdən təmizlənib, 30 il terror yuvasına çevrilmiş bölgə qanunsuz silahlı birləşmələrdən xilas olunub, xunta rejimi devrilib, ABŞ kəşfiyyatı belə bir finaldan niyə narahatdır ki? Əgər ABŞ bunu günah kimi Rusiyanın ayağına yazırsa, o zaman ikisi də bir bezin qırağıdırlar. Əvvəla, Azərbaycan Ordusu antiterror əməliyyatı keçirərkən yüksək səviyyədə hazırlıq görülüb və rus hərbi kontigenti işimizə müdaxilə edə bilməzdi. O zaman iki ordu toqquşmalıydı. Hətta belə bir hal baş versəydi də ordumuz geri çəkilməyəcəkdi. Sadəcə, adamı düşündürür ki, ABŞ və "Sem dayı" kimi müdafiə edir? Kimin tərəfindən çıxış etməkdədir? Ona görə də hesabatda Rusiyanın qınanması varsa, vay Amerikanın qurmaq istədiyi dünya düzəninin halına". Professorun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri inkişafdadır, imzalanmış strateji Moskva bəyannaməsində dövlətlərin ərazi bütövlüyünə qarşılıqlı hörmət, separatizmə qarşı birgə mübarizə müddəaları yer alıb: “Rusiya separatçıları necə müdafiə etməliydi? Çox təəssüf edirəm ki, ABŞ kimi dövlətin kəşfiyyatı illik hesabatında bu gün Ukrayna müharibəsində düşmən olduğu Rusiyanı qondarma rejimi qorumağa dəvət edib. Separatizm ümumbəşəri bəladır, onunla bütün suveren dövlətlər mübarizə aparmalıdırlar. Bu hesabat isə ABŞ-ın milli maraqlarına zidd bir mövqe sərgilənməsidir. Rusiyanın regionda əvvəlki mövqelərə sahib ola bilməməsi ayrı məsələdir, Vaşinqton deyə bilər ki, Cənubi Qafqazda onun sıxışdırılması prosesi gedir. Amma Xankəndi və ətraf zonada keçirilən antiterror əməliyyatına mane olmamaqda Moskvanı qınamaq ən alçaq düşüncədir”.

Fuad Əliyev vəzifəsinin icrasını dayandırıb » Avrasiya.Net

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevə görə, ABŞ Qarabağ separatçılarını rəsmi şəkildə maliyyələşdirən yeganə dövlət olub: “Bu gün də Konqresdə, Senatda onlara dəstək çağırışları eşidilir. Blinkenin köməkçisinin Senatda etdiyi çıxışı da unutmamışıq. Hətta bugünlərdə ABŞ-da olan ermənilər Baydeni ittiham edirdilər ki, antiterror əməliyyatının dayandırılması üçün Bakıya təzyiq etmədi. Göründüyü kimi, müxtəlif ittihamlar səslənir. Ancaq bizi nə ABŞ, nə Fransa, nə Rusiya dayandırmaq gücündə idi. Çünki keçirilən antiterror tədbiri beynəlxalq hüquqa uyğun idi. Ona görə hər üç dövlət rəsmi şəkildə etiraz bildirməyiblər. Sadəcə, ayrı-ayrı təşkilatların, konqresmenlərin, yaxud parlamentlərin bəyanatları var”. F.Əliyevin fikrincə, ABŞ Rusiya-Azərbaycan münasibətlərində gərginlik olmasını arzulaya bilər: “Necə ki Ermənistanın və Gürcüstanın əlaqələrinin pozulması baş tutub, bölgədə yeganə dövlət biz qalmışıq ki, Rusiya ilə münasibətləri praqmatik şəkildə qurmuşuq. Elə bu səbəbdən də Rusiya Xankəndi əməliyyatına əngəl olmaq üçün təzyiq elementlərini işə salmadı. İkincisi, Qarabağ separatçıları regionda dinc oturmurdular, hədyanlar səsləndirir, mitinqlər keçirir, mövqelərimizi atəşə tutur, son dövrlərdə səngərlər qazmağa başlamışdılar. Azərbaycanın isə səbr kasasının daşan zamanı var və bu da 19 sentyabr oldu. Yəqin ki, ABŞ Moskva-Bakı əlaqələrini korlamaq üçün tryuklar edir”.

Emil SALAMOĞLU

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR