İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İraqın İrana bağlı 15 bankına sanksiya tətbiq edib

448 11.01.2023 13:59 İqtisadiyyat A A

ABŞ İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasına (SEPAH) bağlı 15 banka sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Le Fiqaro” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu banklar vasitəsilə hər həftə yüz milyon dollardan çox maliyyə vəsaiti qaçaqmalçılıq yolu ilə İraq, Suriya, İordaniya və başqa dövlətlərə ötürülür.

Məlumata görə, həmin 15 bank İraqın tanınmış siyasi liderlərinin nəzarəti altındadır. “Le Fiqaro”nun qənaətinə əsasən, ABŞ 15 bankı boykot etməklə SEPAH-ı vacib maliyyə mənbələrindən birindən məhrum edib.

Vurğulanıb ki, İraq Mərkəzi Bankı hər gün ölkədəki özəl banklara dollar satır və bu banklar alınan dollarları İrana köçürür.

İraqdan olan mütəxəssisin sözlərinə görə, sanksiyalara məruz qalan banklar qaçaqmalçılıq əməliyyatları ilə öz ölkəsinin milli maraqlarına və iqtisadiyyatına zərər vuran SEPAH-ın vitrinidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR