ABŞ Hörmüz boğazında ticarət gəmilərinə zərbə endirməyə cəhd edən bir neçə İran pilotsuz təyyarəsini vurub.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yazılı açıqlamasında əksini tapıb: "İran Hörmüz boğazından keçən ticarət gəmilərini hədəf almaq üçün bir neçə birtərəfli zərbə dronundan istifadə edib. ABŞ qüvvələri son bir neçə saat ərzində bütün PUA-ları vurub və boğazdan gəmilərin hərəkəti maneəsiz davam edir. Beynəlxalq ticarət dəhlizi tranzit üçün açıq qalır".
Daha əvvəl Reuters agentliyi bir mənbəyə istinadən ABŞ-ın Hörmüz boğazına doğru gedən bir neçə dronu vurduğunu bildirmişdi.
CENTCOM həmçinin bildirir ki, İranın blokadası başlanandan bu ölkəyə yönələn, yaxud oradan çıxmaq istəyən 140 gəminin hərəkətinin qarşısı alınıb.
Musavat.com






