İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranı belə vuracaq - ŞOK DETALLAR

2060 30.01.2024 16:51 Dünya A A

Xəbər verdiyimiz kimi, İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgərinin ölüB, çoxlu sayda əsgər yaralanıb. ABŞ prezidenti Co Bayden İranı günahlandırsa da, İran ittihamları rədd edib. Bayden hücumu “qəbuledilməz” hesab edib və sərt cavab vəd edib, lakin bu, onu respublikaçı fiqurların sərt tənqidlərindən xilas edə bilməyib. Keçmiş prezident Donald Tramp "Üçüncü Dünya Müharibəsi"nin astanasında olduğumuzu iddia edir, respublikaçı senator Lindsey Graham isə Baydeni İrana zərbə endirməyə çağırır.

Qeyd edək ki, ABŞ-ın İordaniyadakı Tower 22 bazasına 3 əsgərin ölümü ilə nəticələnən pilotsuz təyyarə hücumu Koreya müharibəsindən sonra ABŞ quru qüvvələrinə edilən ən qanlı hava hücumu hesab edilir.

Musavat.com xəbər verir ki, bu gün ABŞ mətbuatında çıxan məlumata görə, 3 əsgərin ölümünə səbəb olan hücumdan sonra Ağ Ev qisas üçün hazırlıqlara başlayıb. Bildirilir ki, ABŞ prezidenti Co Bayden dünən axşam şəxsi təhlükəsizlik komandası ilə iki ayrı görüş keçirib.

Bəs regiondakı həssas vəziyyəti nəzərə alsaq, ABŞ İrana konkret olaraq hansı cavab verəcək?

ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun cavabının tədricən ola biləcəyini vurğulayıb. Britaniyanın "The Telegraph" qəzeti Baydenin "təhdidlərə birbaşa cavab verməsi" üçün böyük təzyiq altında olduğunu yazıb və "ABŞ-ın İranla birbaşa müharibə aparmaqdan başqa çarəsi olmadığını" qeyd edib.

Qəzetin yazdığına görə, ABŞ gələcəkdə İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı hava zərbələrini artıra bilər. Masada duran digər variant isə daha sərt cavab vermək və həm İraqda, həm də Suriyada eyni vaxtda hücumlar təşkil etməkdir. ABŞ bu hücumlarda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərini hədəfə ala bilər.

İntiqam üçün ən ciddi variant ABŞ-ın birbaşa İrana hücumu olardı, lakin hərbi analitiklər bunu mümkünsüz hesab edirlər.

CNN yazır ki, Bayden administrasiyası “regional müharibəyə səbəb olmadan” hücuma cavab vermək yollarını axtarır: "İordaniyadakı hücumla qırmızı xətt keçilib, lakin ABŞ-ın İrana birbaşa hücum etməsi ehtimalı çox da yüksək deyil. Bayden administrasiyası İraq və Suriyadakı silahlı qrupları hədəfə ala bilər".

“The Wall Street Journal” nəşri isə yazıb ki, masada duran başqa variant Tehranın darmadağın edilmiş iqtisadiyyatına maliyyə təzyiqini artırmaq ola bilər. ABŞ ekspertləri hesab edir ki, İrana qarşı hazırkı sanksiyalar artırıla və bununla bağlı Qərb müttəfiqlərindən dəstək alına bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR