İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İran prezidentinin həlak olduğu hadisədə heç bir xarici müdaxilə olmadığını açıqladı

702 20.05.2024 22:01 Dünya A A

“İran prezidenti və digər rəsmilərin ölümü ilə nəticələnən helikopter qəzasında “qeyri-qanuni oyun”a dair heç bir dəlil yoxdur”.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi NBC News-a deyib.

ABŞ rəsmisinin sözlərinə görə, hadisədə "heç bir xarici müdaxilə yoxdur". O bildirib ki, Bayden administrasiyası vəziyyəti və “İran rəsmiləri İran prezidentinin ölümündə ABŞ və ya İsraili günahlandırmağa çalışırlar” xəbərlərini diqqətlə izləyir.

Ağ Ev rəsmisi həmçinin İranın keçmiş xarici işlər nazirinin ölkədə helikopter ehtiyat hissələrinin olmamasına görə ABŞ sanksiyalarının günahkar olduğuna dair iddiasını nəzərdə tutaraq "onlar bunu artıq ediblər" deyib.

İran prezidentinin və xarici işlər nazirinin ölümünün ABŞ-İran münasibətlərinə hər hansı təsir edib-etməyəcəyinə gəlincə, o, “biz burada hər hansı böyük dəyişiklik gözləmirik” deyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR