İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukrayna üçün 50 milyardlıq layihəsi reallaşır

1156 20.05.2024 20:03 Dünya A A

ABŞ Yeddilik Qrupu (G7) ölkələrinin Rusiya aktivlərindən əldə edilən gəliri girov qəbul edərək Ukraynaya kredit verməsinə nail olmağa çalışır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, bu plan təsdiqlənərsə, G7 ölkələri bu yay Kiyevə 50 milyard dollar vəsait ayıra bilər. Qəzetin həmsöhbətlərinin fikrincə, G7 iştirakçılarının heç də hamısı buna hazır olmayıb, xüsusən də Almaniya, İtaliya, Fransa və Yaponiya tərəddüd edib. Lakin iyunda keçiriləcək G7 sammitində bu planı razılaşdırmaq və görüşün yekunlarına dair birgə bəyanatda Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı müddəa daxil etmək istəyən Vaşinqtonun təsiri ilə onların münasibəti dəyişməyə başlayıb.

ABŞ rəsmilərindən biri qəzetə deyib ki, Bayden administrasiyası prezident seçkiləri zamanı Kiyevə yardımı tənqid edən respublikaçı Donald Trampın hakimiyyətə gəlməsi təhlükəsini nəzərə alaraq, noyabra qədər Ukraynaya vəsait ayrılmasında maraqlıdır.

Hazırda G7-yə sədrlik edən İtaliya rəsmiləri bildiriblər ki, assosiasiya ölkələri “Ukrayna üçün uzunmüddətli maliyyələşməni” təmin etmək üçün iyun ayında bu məsələdə konsensusa nail olmağa çalışacaqlar. Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Ukraynada işğalçı müharibə başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-ın payına düşür. ABŞ Konqresi daha əvvəl Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri paketini təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR