İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın neft ehtiyatları artıb – Dünya bazarında qiymətlər dəyişəcək

660 22.03.2023 22:20 İqtisadiyyat A A

ABŞ-da kommersiya neft ehtiyatları 1,1 milyon barel artaraq martın 17-də 481,2 milyon barelə çatıb. Musavat.com ABŞ Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft ehtiyatlarının hazırkı həcmləri son 5 illik orta göstəricidən 8 faiz yuxarıdır.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının həcminə dair məlumatlar neft bazarında qiymətlərə təsir edən əsas faktorlardan biridir. Adətən, ehtiyatların azalması qiymət artırıcı, artması isə azaldıcı təsir göstərir.

ABŞ-da 3 bankın eyni vaxtda iflasından sonra qlobal bank-maliyyə böhranı gözləntiləri dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə nəticələnib. Bu həftə ilk 2 günündə aşağı qalan qiymətlər bu gün bir qədər artım nünamyiş etdirib. Lakin ABŞ-ın neft ehtiyatlarının artması xəbəri bazarda yenidən qiymət enişinə gətirib çıxara bilər.

Xatırladaq ki, analitik mərkəzlər ABŞ-da neft ehtiyatlarının azalacağını gözləyirdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR