İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın müdafiə naziri xəstəxanaya yerləşdirilib

793 06.01.2024 05:25 Dünya A A

ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV departamentin mətbuat katibi Patrik Rayderin bəyanatına istinadən məlumat yayıb.

“Yanvarın 1-də axşam müdafiə naziri III Lloyd C. Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib”, – məlumatda deyilib.

Pentaqon Ostinin sağalmağa doğru getdiyini və çox güman ki, şənbə günü işə qayıdacağını qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR