İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın maye qaz ixracı rekord həddə çatdı

444 24.05.2024 19:19 Dünya A A

ABŞ 2024-cü ilin mart ayında 369,9 milyard kubfut (təxminən 10,47 milyard kubmetr) həcmində maye qaz - LNG ixrac edib.

Musavat.com ABŞ Energetika Nazirliyinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 1 faiz çoxdur.

2024-cü ilin mart ayında LNG ixracı fevral ayı ilə müqayisədə 3 faiz yüksək olub. Ay ərzində xarici bazarlara 119 LNG tankeri yola salınıb.

Tankerlərin əsas istiqamətləri Fransa (60,6 milyard kubfut və ya 1,72 milyard kubmetr), Niderland (57,2 milyard kubfut və ya 1,62 milyard kubmetr), Yaponiya (28,9 milyard kubmetr fut və ya 0,82 milyard kubmetr), İspaniya (21,8 milyard kubfut və ya 0,62 milyard kubmetr) və Cənubi Koreya (21 milyard kubfut və ya 0,59 milyard kubmetr). Bu ölkələr ABŞ-ın bütün tədarüklərinin 51,2 faizini əldə edib.

Hesabata görə, eyni zamanda, Asiyaya tədarükün ABŞ-ın ümumi LNG ixracında payı fevraldakı 28,1 faizə nisbətdə martda 34,4 faizə yüksəlib. Martda Avropaya daşınmaların payı azalıb - 59,5 faiz. Qalan həcmlər Latın Amerikası ölkələrinə göndərilib.
Ümumilikdə, 2024-cü ilin yanvar-mart aylarında ABŞ təxminən 1,125 trilyon kubfut LNG (31,83 milyard kubmetr) ixrac edib ki, bu da ötən ilin birinci rübündən 9 faiz çoxdur. İlin əvvəlindən ABŞ Avropaya 20,9 milyard kubmetr (ümumi həcmin 65,6 faizi), Asiyaya - təxminən 8,6 milyard kubmetr (ümumi həcmin 27 faizi) LNG ixrac edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR