İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ən yüksək çinli məmurları Konqresə müraciət etdi

701 07.11.2023 20:44 Dünya A A

ABŞ administrasiyasının ən nüfuzlu üzvləri Konqresə müraciət ünvanlayıb. “The Guardian”ın yaydığı müraciətdə ABŞ maliyyə naziri Jannet Yellen, Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Konqresdən Ukraynaya yardım üçün vəsaitin ayrılmasını təsdiqləməyi xahiş ediblər.

Söhbət 11,8 milyard dollar məbləğində maliyyələşmədən gedir. Müraciətdə qeyd olunur ki, məbləğin ABŞ prezidenti Co Baydenin Konqresə göndərdiyi əlavə xərc tələbinin bir hissəsi kimi ayrılması istənir: “Bu maliyyələşmə misli görünməmiş güclü nəzarət və şəffaflıq şəraitində Avropa İttifaqı, G7-nin digər tərəfdaşları və Beynəlxalq Valyuta Fondunun əhəmiyyətli büdcə dəstəyi ilə dəstəklənir”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Amerika Birləşmiş Ştatları Kiyevə 60 milyard dollardan çox yardım edib. Bu məbləğin 40 milyarddan çoxu xüsusi olaraq hərbi dəstəyə ayrılıb.

Hazırda Konqresin alt palatasında çoxluq təşkil edən respublikaçılar Ukraynaya dəstəyin ayrılmasına mane olurlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR