İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib

415 03.01.2024 19:59 Dünya A A

Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dolları ötüb. Bunu ABŞ Maliyyə Nazirliyinin fiskal informasiya saytındakı məlumatlar sübut edir.

Məlumatdan aydın olur ki, dövlət borcu 34,001 trilyon dollar təşkil edir. Bu isə o deməkdir ki, 2023-cü ildə borc 4 trilyon dollardan çox artıb.
2023-cü ilin yanvarında ABŞ hökumətinin 31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc limiti keçilib. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb.

Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşdılar, lakin büdcəni əhəmiyyətli dərəcədə azaldacaqlar.

ABŞ prezidenti Co Bayden iyunun 3-də dövlət borcunun tavanını artırmaq üçün Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş qanun layihəsini imzalayıb. Yeni limitə 2 yanvar 2025-ci ildə çatılacaq. Dövlət başçısının sözlərinə görə, ABŞ-ın iqtisadi böhranının və süqutunun qarşısını almağa imkan verən təşəbbüs iyunun 1-də Senat tərəfindən təsdiqlənib. Nümayəndələr Palatası bunu mayın 31-də etdi. Əldə edilən razılaşma 2024-cü maliyyə ilində (ölkədə oktyabrın 1-dən başlayıb) müdafiəyə 886 milyard dollar, veteranlara tibbi xidmətə 121 milyard dollar və digər qeyri-müdafiə proqramlarına 637 milyard dollar ayrılmasını nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR