İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın aviadaşıyıcısı Şərqi Aralıq dənizini TƏRK EDİR

822 02.01.2024 10:16 Dünya A A

ABŞ-ın "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizini tezliklə tərk etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı ABŞ hərbi idarəsinə istinadən məlumat yayıb.

ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, aviadaşıyıcının geri qayıtması ilkin plana uyğun olacaq. Onun sözlərinə görə, “Gerald Ford”un qayıtmasından sonra da Birləşmiş Ştatlar Aralıq dənizində əlavə kreyserlər və esmineslər yerləşdirəcək, bölgədə güclü hərbi imkanlara və çevikliyə malik olacaq.

Qeyd edək ki, ən böyük ABŞ aviadaşıyıcısı HƏMAS-ın İsrailə hücumundan bir gün sonra bölgəyə göndərilib. Bu addım İranın və "Hizbullah"ın bölgədəki münaqişəni genişləndirməməsi üçün atılıb.

Dekabr ayında Pentaqon rəhbəri Lloyd Ostin regionda gərginliyin yüksək olaraq qalması səbəbindən bu çəkindirici rolunu qorumaq üçün daşıyıcının yerləşdirmə müddətini üçüncü dəfə uzadıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR