İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ husilərə qarşı BU SİLAHDAN istifadə etdi - Nüvə sualtı qayığından... - VİDEO

1307 12.01.2024 09:50 Dünya A A

ABŞ Yəmənə zərbələr endirmək üçün bombardmançı təyyarələrdən və "Tomaqavk" qanadlı raketlərindən istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Eyni zamanda, "Reuters" qeyd edir ki, Vaşinqton aviasiyadan əlavə sualtı qayıqlardan da istifadə edib.

KİV-in məlumatına görə, "Tomaqavk" Ohayo sinifli "USS Florida" nüvə sualtı qayğından buraxılıb.

USS_Florida_SSGN-728.jpg (509 KB)

Qeyd olunub ki, Britaniya və ABŞ-ın Yəməndəki hədəfləri radar stansiyaları, pilotsuz uçan aparatların olduğu anbarlar və husilərin ballistik raketləri olub.

Xatırladaq ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki "Ənsar Allah" hərəkatının (husilər) hədəflərinə zərbələr endirib. Zərbələr Yəmənin paytaxtı Səna, həmçinin Hudeyda, Dhamar şəhərləri və digər hədəflərə endirilib.

"Ənsar Allah" (husilər) hərəkatı da öz növbəsində Qırmızı dənizdəki hədəflərə yer-yer raketləri atmağa başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR