İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hakimiyyəti Titanik-dəki bu əşyaların satışına icazə vermədi

556 23.06.2026 10:36 Dünya A A

ABŞ hakimiyyəti 1912-ci ildə batan Titanik gəmisindən olan artefaktların hərraca çıxarılmasına etiraz edib.

Musavat.com Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, qəzadan qalan artefaktları xilas etmək üçün eksklüziv hüquqlara malik RMS Titanic şirkəti bəzi əşyaları satmaq istəyir.

Lakin şirkət əvvəllər Atlantik okeanının dibindən çıxarılan əşyaların yalnız muzeylərdə və səyyar sərgilərdə nümayiş etdiriləcəyinə razılıq vermişdi. İndi isə RMS Titanic gəmi sərnişinlərinin və heyətinin şəxsi əşyalarını, mətbəx və dekorativ əşyalarını hərraca çıxarmağı planlaşdırır.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) artefaktların potensial satışının hökumətin RMS Titanic ilə müqaviləsini pozduğunu bəyan edib.

Agentlik hərracın dayandırılmasını tələb edərək məhkəməyə müraciət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR