İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi nəhəng şirkəti məhkəməyə verdi

309 18.06.2024 16:38 Dünya A A

ABŞ Ədliyyə Nazirliyi "Adobe" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Musavat.com nazirliyin yaydığı açıqlamaya istinadən xəbər verir ki, iddiada şirkətin öz xidmətlərinə abunəni ləğv etməyi çətinləşdirərək istehlakçıları aldatdığı qeyd olunur.

İddia ABŞ Federal Ticarət Komissiyasının (FTC) apardığı auditə əsaslanır. Tənzimləyici qeyd edir ki, "Adobe" istehlakçıları illik abunəni vaxtından əvvəl ləğv etməyin yüzlərlə dollara başa gələ biləcəyini düzgün açıqlamadan ödəməyə məcbur edir:

""Adobe erkən ləğv haqqını gizlətməklə və digər maneələr qoymaqla müştərilərini illik abunəliklər içində tələyə salıb".

İddiada "Adobe"un iki rəhbərinin də adı çəkilir: rəqəmsal medianın prezidenti David Vadhvani və şirkətin vitse-prezidenti Maninder Savhney.

"Adobe" dünyanın ən böyük təsvir proqram təminatı istehsalçısıdır və onun ən məşhur məhsullarına "Photoshop", "Illustrator" və "InDesign" daxildir. 10 ildən artıqdır ki, şirkətin məhsulları abunə yolu ilə əldə edilir.

"Adobe" məhkəmədə özünü müdafiə edəcəyini bildirib:

"Abunə müqavilələrimizin şərtləri şəffafdır və ləğv prosesi sadədir. FTC-nin iddiaları ilə məhkəmədə mübarizə aparacağıq".

İddia ilə bağlı məlumatlar açıqlanan kimi "Adobe" səhmləri hərraclarda ticarətdə 1,3 faiz ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 13 faiz azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR