İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət ehtiyatı üçün neft alışını təxirə salıb: Bahalıqdır...

481 03.04.2024 20:29 Dünya A A

ABŞ prezidenti Co Baydenin administrasiyası strateji ehtiyat üçün neft almaq planlarını təxirə salır.

Musavat.com xəbər verir ki, Bloomberg bu barədə ABŞ Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bu addımı qiymətlərin baha olması ilə əsaslandırır: "Biz Bayou Choctaw Strateji Neft Ehtiyatı üçün neftin alınması üzrə cari tenderdə iştirak etməyəcəyik və bazar şərtləri imkan verərsə, mümkün həcmləri əldə etməyə çalışacağıq".

Bloomberg xatırladır ki, Bayden administrasiyası ehtiyatları artırmaq üçün nefti 79 dollar və ya daha aşağı qiymətə almaq niyyətindədir. Bununla yanaşı, agentlik qeyd edir ki, ötən ayın sonunda 2,8 milyon barellik sonuncu alış zamanı ABŞ bir barel üçün orta hesabla təxminən 81 dollar ödəyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR