İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülh...

1628 12.05.2023 03:57 Siyasət A A

“Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən şad idik. İnanırıq ki, bu danışıqlar səmərəli olub və Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacağıq”, - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Vedant Patel qeyd edib ki, hərbi əməliyyatlar davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi tərəqqiyə xələl gətirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR