İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən SON DƏQİQƏ Azərbaycan və Ermənistan AÇIQLAMASI

4528 27.03.2024 15:10 Siyasət A A

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Brüsseldə keçiriləcək görüşü şərh edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“Mən bu barədə ətraflı danışmayacağam, ancaq demək istəyirəm ki, bizim Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir qarşılıqlı əlaqədə məqsədimiz onları fikir ayrılıqlarını aradan qaldırmaq, güclü və davamlı sülh sazişi əldə etmək üçün işləməyə təşviq etməkdir”, - Miller brifinqdə deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR