İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də HƏMAS-ın İsrailə oktyabr hücumunda iştirak edən fələstinli saxlanılıb

552 18.10.2025 08:13 Dünya A A

HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda iştirak etməkdə şübhəli bilinən Qəzza əsilli şəxs ABŞ-nin Luiziana ştatında həbs edilib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb. Nazirlik bildirir ki, həmin gün şübhəli Mahmud Əmin Yakub əl-Muhtadi “silahlanıb və əlavə adamlarla HƏMAS-a terror aktı törətməkdə kömək etmək üçün İsrail sərhədini keçib”.

Nazirlikdən qeyd olunduğuna görə, Mahmud Əmin Yakub əl-Muhtadi 2024-cü il sentyabrın 12-də viza üçün müraciət edərkən özü haqqında yalan məlumat verdikdən sonra ABŞ-a daxil olub. Konkret olaraq, o, Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin hərbi qanadının üzvü olduğunu açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR