İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan iki nəhəng kriptobirjaya ağır ittihamlar: Milyonlarla insanın pulu batacaq

777 06.06.2023 21:16 İqtisadiyyat A A

ABŞ Qiymətli Kağızlar Komissiyası Binance Holdings Inc. Kriptovalyuta birjası və onun yaradıcısı Çanpen Çjaoya qarşı çoxmilyardlıq ittiham irəli sürüb.

Komissiya birjanı varlı amerikalılara öz platformasına giriş imkanı yaratmaqda suçlayır: ABŞ qanunları bu ölkədə qeydiyyatı olmayan platformalara ölkə vətəndaşlarına xidmət göstərməyi qadağan edir.

Bundan əlavə, Çjao və Binance investorları risklərə nəzarət prosedurları barədə yanlış məlumatlar veriblər, hərrac həcmlərini düşgün göstərməyiblər, platforma operatorlarını gizlədiblər.

Bir gün əvvəl isə Komissiya daha bir böyük kriptovalyuta birjası olan Coinbase şirkətinə qarşı analoji ittiham irəli sürmüşdü. ABŞ-ın Şimali Dakota Universitetinin professoru, iqtisadçı-alim Fariz Hüseynlinin sözlərinə görə, şirkətlərə qarşı irəli sürülən ittihamlar çox ciddidir: “Komissiya bu xəbəri tvit atanda Binance-ın reklam etdiyi bir şüarı tvitləyib vermişdi. O reklamda Binance nə deyirdi- ingiliscesini deyim: We are operating as a fking unlicensed securities exchange in the USA bro(Biz ABŞ-da fking lisenziyasız qiymətli kağızlar birjası kimi fəaliyyət göstəririk bro –red.)… Belə şeyləri bağışlamırlar, düzdür, maşın ağırdır, gec hərəkət edir, əvvəl 200-300-lük ittihamnamə hazırlayır, sonra hərəkətə keçir, amma əvvəl-axır örkən nə qədər uzun olsa da, gəlib keçəcək məlum yerdən”...

İqtisadçı-alim ittihamın mahiyyətində ciddi qanun pozuntusunun dayandığını bildirir: “Əsas məğz nədir – siz qiymətli kağız alqı-satqısı bazarı kimi fəaliyyət göstərirsiz, ancaq bizdən qeydiyyatdan keçməmisiz, deməli, gördüyünüz iş illegaldır. Binance şirkətinə qarşı 300-ə yaxın ittiham ondan ibarətdir ki, Binance üst-üstə yığılmış bir neçə işi görən, ancaq heç bir hesabat verməyən piramida kimidir. Həm brokerdir, həm birjadır, həm də kliring agentidir (pulların oturması). Bunların hansını ayrı etsələrdi, SEC-də(ABŞ Qiymətli Kağızlar Komissiyası) qeydiyyata durmalı idilər. Bunlar üçünü də edir və qeydiyyatsız, həm də üçü arasında nə qədər pulu nəzarətsiz mənimsəyirlər.

İttihama əsasən həm BNB həm BUSD coinları, həm də onların gəlir yaradan mexanizmi illegaldır və investorları aldadır. Məqsədli şəkildə qanunlardan qaçmaq və yoxlamalardan qaçmaq üçün belə qurulub, qanunsuz kazino və piramida kimi fəaliyyət göstərmək istəyirlər. Müştərilərin milyonlarla vəsaiti (hesablarda) CEO Zhao və üçüncü şəxslərə aid platformlara köçürülüb və ayrı hesablardan yığılıb. SOL, ADA, MATIC, ATOM və onlarla belə coin qiymətli kağız kimidir və qeydiyyatı olmalıdır. Onların ticarəti ilə və hər cür əməliyyatı ilə məşğul olanlar da qeydiyyatlı qurumlar olmalıdır.

İndi buyursunlar, milyard dollarlıq ittihamlara cavab versinlər. Amma heyf ki, bu coin-birja piramidalara inanıb pulunu itirənlər də çox olur. Tez havadan varlanmaq istəyi pis xəstəlikdir”...

Binance.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR