İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Gürcüstan hökumətinə ŞOK TƏHDİD - bunu edənlərə...

783 20.05.2024 12:17 Dünya A A

ABŞ xarici agentlər haqqında qanunu təbliğ edən gürcü siyasətçilərinə qarşı sanksiyalar hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri öz mənbələrindən məlumat əldə edib.

Sənəddə qeyd olunacaq ki, gürcü rəsmiləri Gürcüstanın demokratik dəyərləri, insan haqları və təhlükəsizliyinə zərbə vururlar.

Qanun layihəsinin bu gün təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. Qanun layihəsi qəbul edildikdən sonra Tbilisidə etiraz aksiyaları başlayıb, sənədin geri götürülməsini tələb ediblər. Nəticədə Gürcüstanda qarşıdurma pik həddə çatıb. Qərbyönümlü fəallar, QHT, KİV və partiyalar parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun icrasına mane olmaq istəyirlər. 

Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkə parlamentinin qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyacağını bildirib. O etiraf edib ki, onun "xarici agentlər haqqında" qanuna veto qoyması simvolik xarakter daşıyacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR