İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ŞOK: Çin kranlarında görün nə tapıldı

1566 08.03.2024 10:50 Dünya A A

Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsi və Çin üzrə Seçmə Komitəsi ABŞ limanlarında Çin yük kranlarında uzaqdan rabitə modemlərinin aşkarlanması ilə bağlı araşdırmaya başlayıb.

Musavat.com-un CNN-ə istinadən məlumatına görə, qanunvericilərin diqqəti Amerika limanlarında və əlaqəli obyektlərdə 200-dən çox ZPMC kranına yönəlib.

Konqresmenlər müəyyən ediblər ki, bu modemlərin quraşdırılması barədə heç bir müqavilədə bənd yoxdur.

"Komitələrimizin araşdırmaları Çin Kommunist Partiyasına casusluq yolu ilə nəinki ticarət rəqiblərini zəiflətməyə, həm də tədarük zəncirlərini pozmağa, malların hərəkətinə müdaxilə etməyə və ölkəmizin iqtisadiyyatına zərər vurmağa imkan verə biləcək zəiflikləri aşkar etdi", - Milli Təhlükəsizlik üzrə Komitənin sədri Mark Qrin (R-Tennessi) CNN-ə deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR