İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da serial qatilin edamı dayandırılıb – Həkimlər onun damarına düşə bilmir

589 29.02.2024 10:21 Dünya A A

ABŞ-ın Aydaho ştatında həkimlərin iynə vurmaq üçün damar tapa bilməmələri səbəbində serialı qatil Tomas Kriçin edamı təxirə salınıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki dövlət islah departamentinin direktoru Coş Tevaltın sözlərinə həkim qrupu səkkiz cəhddən sonra kateter quraşdıra bilməyiblər və edamı icra edə bilməyəcələri deyiblər. Bütün bu müddət ərzində məhkum edam şahidlərinə əl yelləyib.

Coş Tevalt qeyd edib ki, “dövlət başqa addımları da nəzərdən keçirəcək”.

Tomas Kriç üç ştatda beş nəfəri öldürdüyünə görə yarım əsrdən artıqdır ki, Aydaho ştatında yüksək rejimli həbsxanada ölüm hökmü altında yaşayır. Bundan əlavə, Kriç ən azı 6 başqa qətl törətməkdə şübhəli bilinir. Məhkəmə sənədlərinə görə, o, ən azı 40 nəfəri öldürdüyünü və ya qətlində iştirak etdiyini etiraf edib.

1981-ci ildə artıq üç ömürlük həbs cəzasına məhkum edilmiş Kriç kamera yoldaşını batareyalarla dolu corabla döyərək öldürüb. O, günahını etiraf edib və bir ildən sonra ölüm cəzasına məhkum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR