İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da oyundan sonra Lionel Messiyə butulka atılıb

762 05.09.2023 13:11 İdman A A

 MLS-in adi mövsümündə "İnter Mayami"nin "Los-Anceles" üzərində qələbəsindən (3:1) sonra hücumçu Lionel Messinin üzərinə su şüşəsi atılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu oyunda iki məhsuldar ötürmə edən Messi mühafizəçisi ilə meydandan çıxarkən tribunadan ona əşya atılıb.

Butulka argentinalıya dəyməsə də, Messi yerə yıxılıb və mühafizəçisi dərhal futbolçunun üstünü qapayıb.

35 yaşlı Messi iyulun 15-də "İnter Mayami"yə keçib. O vaxtdan bəri o, 11 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR