İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları azalıb

306 04.01.2024 22:33 Dünya A A

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 5,5 milyon barel azalaraq dekabrın 29-na 431,1 milyon barel təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2 faiz aşağıdır.

“Trading Economics” ekspertlərinin konsensus proqnozu neftin 3,73 milyon barrel azalacağını göstərirdi.

Həftə ərzində ABŞ-da benzin ehtiyatları 10,9 milyon barel, distillatlar isə 10,09 milyon barel artıb.

Nyu-York əmtəə birjasında ticarət edilən neftin saxlandığı "Cushing" terminalında ehtiyatlar keçən həftə 706 min barel artıb.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının həcminə dair məlumat neft bazarına təsir edən əsas amillərdən biri hesab olunur.

Energetika Nazirliyinin son açıqlamasından sonra neft qiymətlərində 1 faizdən yuxarı ucuzlaşma baş verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR