İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları artdı

310 10.01.2024 22:32 Dünya A A

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,3 milyon barel artaraq yanvarın 5-nə 432,4 milyon barel təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2 faiz aşağıdır.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatlarındakı dinamika qlobal neft qiymətlərinə təsir edən əsas amillərdən hesab olunur. Açıqlanan son məlumat neft qiymətlərinin 0,5 dollar ucuzlaşmasını şərtləndirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR