İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da KURYOZ HADİSƏ 

781 09.11.2023 17:17 Dünya A A

ABŞ-da “Citigroup Inc.” bank kredit kartlarının verilməsi zamanı erməni əsilli amerikalılara qarşı ayrı-seçkiliyə yol verilməsində ittiham olunur.

Musavat.com xəbər verir ki, ABŞ Maliyyə Sektorunda İstehlakçıların Hüquqlarını Müdafiəsi Bürosunun (CFPB) hesabatına görə, 2015-ci ildən 2021-ci ilə qədər “Citibank” işçiləri tərəfindən soyadlarına görə erməni əsilli olduqları müəyyən edilmiş ərizəçilərə kredit kartlarının verilməsindən imtina edilib.

Büronun direktoru Rohit Çopranın dediyinə görə, kart üçün müraciət edənlərin soyadının tələffüz formasına əsasən onların erməni olduqları müəyyən edilirmiş: “Bank erməniləri cinayətə və fırıldaqçılığa meyilli kimi stereotipləşdirib. Əslində, “Citi” ayrı-seçkiliyi ört-basdır etmək üçün qeyri-qanuni olaraq saxta sənədlər toplayıb”.

CFPB-nin açıqladığı məlumatda qeyd olunur ki, “Citi” rəhbərləri işçilərə bu təcrübələri yazılı və ya qeydə alınmış telefon danışıqlarında müzakirə etməməyi tapşırıblar: ““Citi” əməkdaşları qondarma səbəblər göstərərək ərizəçilərə kartların verilməsindən imtina etmələrinin səbəbləri barədə yalan danışıblar”.

CFPB-nin qərarına əsasən, “Citi” ayrı-seçkilik “qurbanları”na 1,4 milyon dollar kompensasiya, 24,5 milyon dollar isə dövlətə cərimə olaraq ödəməlidir. Söhbət bütün erməni əsilli amerikalıların təxminən 15 faizinin yaşadığı Qlendeyl (Kaliforniya) ərazisindəki “Citi” bölmələrindən gedir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR