İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da işsizlik müavinətinə müraciətlər azaldı: Ölkə resessiyadan yayına biləcək?

428 29.06.2023 23:35 İqtisadiyyat A A

ABŞ iqtisadiyyatında müsbət göstəricilər seriyası davam edir.

Musavat.com xəbər verir ki, bu dəfə ölkə üzrə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayında azalma qeydə alınıb. Ölkənin Əmək Nazirliyinin məlumatına əsasən, ötən həftə ABŞ-da ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 26 min nəfər azalaraq 239 min nəfər təşkil edib.

Xatırladaq ki, əvvəlki həftə bu göstərici 2021-ci ildən bəri ən yüksək həddə çataraq 265 min nəfər olmuşdu. Trading Economics-in rəyini öyrəndiyi ekspertlər bu həftə göstəricinin daha min nəfər artacağını proqnozlaşdırmışdılar.

Son dörd həftənin orta göstəricisi 257,5 min nəfər olub.

İşsizlik müavinəti alan amerikalıların sayı 17 iyunda başa çatan həftə əvvəlki həftədəki 1 milyon 761 mindən 1 milyon 742 minə qədər azalıb. Halbuki ekspertlər bu göstəricinin də 4 min nəfər artacağını proqnozlaşdırmışdılar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR