İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ da GƏRGİNLİK - Meksika sərhədinin bir hissəsi nəzarətə götürüldü

782 13.01.2024 14:44 Dünya A A

Texas Milli Qvardiyası ABŞ-Meksika sərhədinin bir hissəsini nəzarətə götürüb.

Musavat.com xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Qeyd olunub ki, qarşıdurma Rio-Qrande çayını qeyri-qanuni keçən miqrantların adətən cəmləşdiyi İql-Pass qəsəbəsində baş verib.

Məlumata görə, Texas Milli Qvardiyası qubernator Qreq Ebbotun göstərişi ilə İql-Passda Şelbi parkına nəzarəti ələ keçirib.

Məlumatlı mənbə telekanala bildirib ki, Texas hökuməti sərhəd gözətçi qayıqlarının ərazidə patrul fəaliyyətini qadağan edib.

Telekanalın həmsöhbəti əlavə edib ki, o, ştat məmurlarının ölkənin federal hökuməti üzərində hansı səlahiyyətə malik olduğunu bilmir.

Texas Müdafiə Departamentinin sözçüsü Maykl Perrinin sözlərinə görə, yerli hakimiyyət orqanlarının hərəkətləri miqrantların sərhədi qanunsuz keçməsinin qarşısını almaq məqsədi daşıyır.

Telekanal qeyd edib ki, Şelbi parkın ələ keçirilməsi ştat hakimiyyətinin immiqrasiya sahəsində federal hökumətin səlahiyyətinə etiraz etmək üçün ən həyasız cəhddir.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi cümə günü ölkənin Ali Məhkəməsinə müraciət edib. Nazirlik bildirib ki, Texas hakimiyyəti sərhədçilərin sərhədin təxminən 2,5 mil (4,023 km) uzanan hissəsinə girişini əngəlləmək üçün Milli Qvardiyadan istifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR