İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Demokratlar Partiyasına əbədi hakimiyyətə can atma ittihamı

448 05.01.2024 12:02 Dünya A A

Fox News-un aparıcısı Şon Hennitİ Demokratlar Partiyasının bir çox üzvlərinin ABŞ-dakı demokratiyaya həqiqətən əhəmiyyət vermədiyini söyləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müəllif proqramının efirində o, Demokrat Partiyasının “əbədi hakimiyyət” istədiyini bildirib.

“Əlbəttə, bir çox demokratlar demokratiyaya əhəmiyyət vermirlər. Onlar yalnız heç bir tarazlıq, fərqli fikir, müqavimət olmadan bir partiyanın əbədi hakimiyyətini istəyirlər. Onlar ürəklərində inanırlar ki, bizə, Amerika xalqına, sadəcə olaraq, etibar etmək olmaz və necə səs verəcəyimizə dair heç bir sözümüz olmamalıdır”, - Henniti bildirib.

Jurnalist deyib ki, bu gün dünya Co Baydenin xarici siyasətinin nəticələrini ödəyir.

“Biz Çinin açıq şəkildə işğal və ya birləşmə adlandırdıqları şeyi planlaşdırdığını görürük. Bu, bizim müttəfiqimiz Tayvanın işğalıdır... Biz Çin tərəfindən bütün əqli mülkiyyət oğurluğunu və onların ədalətsiz ticarət təcrübələrini müşahidə edirik. Üstəgəl, biz indi Avropada müharibə görürük... Sonu görünmür", - Henniti deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR