İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu raketlə Rusiyanın əksər ərazilərindəki hədəflərə zərbə endirməyə qadirdir - Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı

1091 10.01.2024 21:52 Dünya A A

Amerikanın “Tomaqavk” uzaqmənzilli qanadlı raketləri Rusiyanın hərbi təhlükəsizliyinə təhdid yaradır. Bunu Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Nikolay Evmenov qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın təhlükəsizliyinə təhdidlərin formalaşmasına təsir edən amillərdən biri “Tomaqavk” raketləri daşıyan gəmilərin dənizdə daimi patrul xidmətidir. Admiral qeyd edib ki, bu raketlər Rusiyanın əksər bölgələrindəki hədəflərə kütləvi zərbələr endirməyə qadirdir.
Digər amillərlə yanaşı, Hərbi Dəniz Qüvvələrinin baş komandanı xarici dövlətlərin güclü hərbi dəniz qüvvələri qruplarının Atlantik, Sakit okean və Aralıq dənizində mövcudluğunu, xarici dövlətlərin Şimal dəniz marşrutunun statusuna və hərbi gəmilərin mümkün keçidinə yenidən baxaraq Arktikada Rusiya Federasiyasının maraqlarını pozmaq planlarını qeyd edib. Bundan əlavə, təhdidlər hərbi dəniz qruplarının ön zonalarında dəniz raket əleyhinə müdafiə komponentinin aktiv yerləşdirilməsi və ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayıqları tərəfindən Arktika hövzəsinin kəşfiyyatı, habelə hərbi infrastrukturun yaradılması və modernləşdirilməsi ilə əlaqədardır.

Bloomberg-in məlumatına görə, ABŞ-da yeni silah Çinə qarşı durmaq üçün hazırlanıb. “Maritime Strike” versiyasının “Tomahawk” qanadlı raketləri 2024-cü il oktyabrın 1-dən sonra sualtı qayıqlarda yerləşdiriləcək. Raketlərin hazırlanması proqramının rəhbəri kapitan Con Hersi qeyd edib ki, sursatların yeni versiyaları dənizdə hərəkət edən hədəfləri vurmağa imkan verən təkmil istiqamətləndirmə sistemi alacaq. Bu arada keçmiş sualtı qayıqçı və Hərbi Dəniz Qüvvələrinin Asiya-Sakit Okean üzrə məsləhət qrupunun rəhbəri Brent Sadler raketin uçuş məsafəsinin 1600 kilometr olacağını etiraf edib.

Raketlər yer hədəflərinə hücum etmək üçün “Tomahawk” raketlərini daşıya bilən “Los-Anceles” və “Virciniya” sinifli sualtı qayıqları silahlandıracaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR