İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BMT TŞ-nın Qəzzada dərhal atəşkəsi tələb edən qətnaməsinə veto qoyub

358 09.12.2023 08:45 Dünya A A

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.

"Report"un ABŞ bürosu xəbər verir ki, BMT-yə üzv olan 96 öllkənin birgə hazırladığı qətnamə layihəsi Şurada səsverməyə çıxarılıb. Qətnamə 13 üzv tərəfindən dəstəklənib, Böyük Britaniya səsvermədə bitərəf qalıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Robert Vud qətnamə layihəsində HƏMAS-ın qınanılmadığını və Şuranın bəzi üzvlərinin bu mövzuda səssiz qalmasının qəbuledilməz olduğunu bildirib.

Qətnamə layihəsində bütün əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi, bölgəyə humanitar yardımların çıxışının təmin edilməsi tələb olunurdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR