İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BƏƏ şirkəti və 13 tankeri qara siyahıya saldı - SƏBƏB

533 04.04.2024 19:57 Dünya A A

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Musavat.com xəbər verir ki, bununla bağlı məlumatı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Məlumatda qeyd olunur ki, İran ordusunun enerji təchizatında iştirak edən gəmiçilik şirkəti və 13 əlaqəli tankeri sanksiya siyahısına daxil edilib.

Bu addım “İran ordusunun gəlirlərini” məhdudlaşdırmaq məqsədilə atılıb. Siyahıya salınan BƏƏ-nin gəmiçilik şirkəti Oceanlink Maritime-dir. ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu şirkət “İran Silahlı Qüvvələrin Baş Qərargahı və İran Müdafiə Nazirliyinin maraqları naminə İran mallarını tədarük edib”.

ABŞ maliyyə nazirinin müavini Brayan Nelsonun deyib ki, Vaşinqton “İranın terrorçu proksi qüvvələrini maliyyələşdirmək qabiliyyətini pozmağa” diqqət yetirir, həmçinin Ukraynada hərbi müdafiənin aparılmasında Tehranın Rusiyaya dəstəyinin qarşısını alır: “Birləşmiş Ştatlar İrana regionda və dünyada sabitliyi pozan fəaliyyətlərlə məşğul olmağa imkan verən qeyri-qanuni vəsait axınını pozmaq üçün bütün vasitələrdən istifadə etməyə davam edəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR