İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanla bağlı fərqli mövqe nümayiş etdirir - ŞƏRH 

667 18.04.2024 15:41 Siyasət A A

“ABŞ Dövlət Departamenti nümayəndəsinin Rusiya sülhməramlılarının Azərbaycandan çıxması ilə bağlı mövqeyi, verdiyi açıqlama gözlənilən deyil. Çünki biz ABŞ-nin Rusiyanın postsovet məkanı siyasəti, bölgədəki digər münaqişə ocaqlarında hərbi-siyasi iştirakı ilə mövqeyilə tanışıq”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli rusiyalı sülhməramlıların çıxması ilə bağlı ABŞ Dövlət Departamenti rəsmisinin mövqeyini şərh edərkən bildirib.

metin.jpg (38 KB)

Ekspert xatırladıb ki, ABŞ hər zaman Rusiyanın postsovet məkanının münaqişə olan bölgələrindən çıxarılmasını tələb edib:

“Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnestryanı bölgə və s. ərazilərdə sülhməramlıların fəaliyyəti ilə bağlı mövqe hər kəsə bəllidir. Hətta 2022-ci ilin yanvarında Qazaxıstana KTMT qüvvələri yeridilərkən o zaman da ABŞ qüvvələrin çıxarılması ilə bağlı sərt tələb sürmüşdü. Bütün bunlara baxmayaraq, ABŞ Azərbaycanla bağlı fərqli mövqe nümayiş etdirir. Digər ölkələrə yanaşmada olduğu kimi, eyni yanaşmanı gözləyirdik. Lakin Dövlət Departamenti nümayəndəsinin şərhi ABŞ-nin məsələlərə yenə də ikili standartlarla yanaşdığını göstərir. Bu da ondan irəli gəlir ki, baş verən proseslərlə bağlı ABŞ-nin o qədər də xoş niyyəti yoxdur. Həm ABŞ, həm də Qərbin digər aparıcı dövlətlərinin belə mövqe nümayiş etdirməsi Cənubi Qafqazda sülhə, əmin-amanlığa deyil, əksinə, təhlükəsizlik mühitinə neqativ təsir göstərir”.

Mətin Məmmədli əlavə edib ki, bu yanaşma yeni deyil.

Ekspert bir-birinə qarşı duran Rusiya-Qərb, İran-Qərb kimi güc mərkəzlərinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi məsələlərində sanki müəyyən konsensusa gəldiyini, bunun nümunələrinin ən yeni tariximizdə kifayət qədər olduğunu vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR