İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ Asiyaya sülhü qoruya bilmədiyini nümayiş etdirdi" - Çin XİN

419 12.01.2024 14:35 Dünya A A

Amerika hakimiyyəti Asiya-Sakit okean regionu (APR) ölkələrinə planetdə sülhü qorumaq iqtidarında olmadıqlarını nümayiş etdirdi.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Birləşmiş Ştatlar ən böyük hərbi gücdür, ən böyük hərbi xərcləri olan ölkədir. Birləşmiş Ştatlar heç vaxt müharibələrə başlaya bilməməkdən əziyyət çəkməyib, lakin sülhü bərpa etmək və qorumaq qabiliyyətinə malik deyil”, - o, brifinqdə Pentaqonun milli müdafiə sənayesi strategiyasına uyğun olaraq, müttəfiqləri ilə Hind-Sakit okean regionunda müdafiə sənayesinin inkişafı üçün “güclü əsaslar” yaratmaq ideyasını şərh edərkən vurğulayıb. 

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Vaşinqton dinc inkişaf istəklərində həmrəy olan Asiya-Sakit okean ölkələrinin mövqeyinə hörmətlə yanaşmalıdır. "Birləşmiş Ştatlar sülh və sabitlik naminə daha çox səy göstərməlidir. Blokların qarşıdurması, münaqişələr və müharibə xaosunu regiona gətirməyə ehtiyac yoxdur", - deyə Mao Ning yekunlaşdırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR