İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a gələnlər üçün COVID-ə qarşı vaksinasiya tələbi ləğv olunur

314 02.05.2023 15:35 Son xəbər A A

ABŞ administrasiyası mayın 12-dən başlayaraq, ölkəyə təyyarə ilə gələn xarici vətəndaşlar üçün koronavirus infeksiyası əleyhinə məcburi vaksinasiya tələbini ləğv edəcək.

AZƏRTAC xəbər verir ki, Ağ evin bəyanatına əsasən, mayın 11-dən sonra federal qurumların əməkdaşları, müqaviləli federal işçilər, həmçinin ölkəyə beynəlxalq aviareyslə gələn xarici vətəndaşlardan məcburi koronavirus vaksinasiyası tələbi olunmayacaq.

Birləşmiş Ştatların hakimiyyət orqanları 2021-ci ilin noyabrından bəri ölkəyə daxil olan xarici vətəndaşlardan COVID-19 infeksiyası əleyhinə tam vaksinasiyadan keçmələri barədə sənəd tələb edirdi. Həm də yalnız ABŞ-da və ya Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatdan keçən peyvəndlərlə vaksinasiya etibarlı sayılırdı.

ABŞ-da 2020-ci ildə pandemiya səbəbindən tətbiq edilən fövqəladə vəziyyət rejimi bu ilin aprelində ləğv olunub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR