İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: “Vaxtilə özünə döyüşçü deyənlər Qarabağdan qaçıblar”

904 15.09.2023 15:29 Region A A

“Qarabağda vəziyyətin pisləşməsi fonunda müxtəlif mərkəzlərdən informasiya hücumları həyata keçirilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinə müxalif “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Azərbaycan artıq hücuma hazırlaşır. Lakin Azərbaycanla bağlı bütün bunlar gözlənilən idisə, daxili təxribatlar baxımından kifayət qədər diqqətçəkən vəziyyət yaranıb.

Obyektiv və subyektiv mənada Qarabağ erməniləri arasında (mətndə uydurma bir ad göstərilib-red.) vəziyyət ağırdır ki, bu da təbii olaraq müxtəlif təzahürlərlə müşayiət olunur. Lakin həm Qarabağ erməniləri arasında, həm də Ermənistandakı bəzi qruplar və fiqurlar vəziyyətdən istifadə edərək aşkar mənəvi-psixoloji hücumlar həyata keçirirlər ki, bunun da məqsədi geniş ümidsizlik və gücsüzlük hissini yaymaqdır”,-deyə Abramyan bildirib.

Abramyan Qarabağ ermənilərinin bostanına daş atmağı da unutmayıb.

“Mən ictimai çıxışlarımda Qarabağ ermənilərinə “dərs verməkdən”, necə müqavimət göstərməyi, nə etməyi və ya etməməyi tövsiyə etməkdən qaçıram, çünki istəklərimdən və mübarizə prinsiplərimdən asılı olmayaraq, ailəmlə Qarabağda yaşamıram. Maraqlıdır ki, əvvəllər özlərini “inadkar döyüşçülər” kimi qələmə verənlər də birbaşa və ya dolayı yolla Qarabağı tərk etmək çağırışları edirlər. Özləri Qarabağda olmadan yerli insanları təhdid və təhqir edirlər”,-deyə erməni deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR