İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: Qarabağ bir qapıdır, bundan sonra Ermənistana gedən yol açılır

3078 03.05.2023 01:46 Son xəbər A A

Azərbaycan əslində ən mühüm məqsədlərindən birini - Ermənistanı Qarabağla birləşdirən dəhlizdə nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını reallaşdırdı. Ermənistan hakimiyyəti isə bunun qarşısını almaq və təhlükəsizlik problemlərini təmin etmək üçün ciddi addımlar atmadı.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində "Şərəf duyuram" fraksiyasının katibi Tiqran Abramyan tərəfindən səsləndirilib.

“Ermənistan hakimiyyəti Qarabağ məsələsini özlərindən uzaqlaşdırmağa və Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Artıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə” məsələsi gündəm deyil, bu da Azərbaycan üçün sərhəddə keçid və gömrük məntəqinin qurması üçün əlverişli sahə yaratdı. Qarabağ bir qapıdır, bundan sonra Ermənistana gedən yol açılır”,-deyə erməni deputat bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR